AZ

Sumqayıtda təlim maşını yanıb

Sumqayıt şəhərində təlim maşını yanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayeva Səbinə Siyavuş qızının idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın söndürülüb və ətraf maşınlara keçməsinin qarşısı alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
24
report.az

10Mənbələr