AZ

Rəcəb Tayyib Ərdoğan Mete Gazozu təbrik edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mete Gazozu təbrik edib

TurkicWorldxəbər verir ki, Ərdoğan türkiyəli idmançıya zəng edib.

Ərdoğan Almaniyada keçirilən Açıq Havada Oxçuluq üzrə Avropa Çempionatında birinci olan milli oxatan Mete Gazoza zəng edərək uğurunu təbrik edib.

Xatırladaq ki, 2020-ci ildə Olimpiya, 2023-cü ildə dünya çempionu olan milli idmançı karyerasında ilk dəfə Avropa çempionu olmağı bacarıb.

O, finalda sloveniyalı Den Habjan Malavasiçə qalib gələrək qızıl medal qazanıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
turkic.world

1Mənbələr