AZ

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Nəsimi Rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Cavadxan küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü yuxulayaraq sükana nəzarəti itirib.

Nəticədə maşın yol kənarındakı “Nissan” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı sərnişin xəsarət alıb. Avtomobillər yararsız vəziyyətə düşüb. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
50
apa.az

10Mənbələr