AZ

Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir

Polşa hakimiyyəti Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın möhkəmləndirilməsinə 370 milyon dollardan çox vəsait ayıracaq.

“Report” xəbər verir ki, bunu “TVN24” telekanalında ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

O əlavə edib ki, Polşa mühəndisləri və Sileziya Texnologiya Universitetinin əməkdaşlarından ibarət qrup divarın möhkəmləndirilməsi layihəsi üzərində işləyir. Belə ki, modernləşdirmədən sonra maneə keçilməz hala gələcək, halbuki ilkin formada bu, yalnız müvəqqəti həll idi.

Fevral ayında Polşanın baş naziri Donald Tusk hakimiyyətin Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın modernləşdirilməsi üzrə işlərə başlamaq qərarını açıqlamışdı. Bu, qeyri-qanuni miqrantlardan qorunmaq üçün hündürlüyü 5,5 m və uzunluğu 186 km olan polad qəfəs bloklarından ibarət divardır. Tikinti dəyəri 278 milyon dollar təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
1

1Mənbələr

Şərh ()
Bağla