AZ

Məşhur aktyor 98 yaşında vəfat etdi

"Quzuların sükutu" filmində oynayan amerikalı aktyor və rejissor Rocer Korman 98 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, sənətçi mayın 9-da dünyasını dəyişsə də, bu, yalnız indi məlum olub. Korman Kaliforniyadakı evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Korman 5 aprel 1926-cı ildə Detroytda anadan olub. O, aktyorluq karyerası ilə yanaşı, kiçik büdcə ilə filmləri tez çəkməyi bilən rejissor kimi də yadda qalıb. Korman ilk filmini 1955-ci ildə, 1960-cı ildə isə cəmi iki günə 30 min dollara “Kiçik Dəhşət Dükanı” filmini çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
41
publika.az

10Mənbələr