Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti xəbər yayıb.
Gürselin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.
"Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.
M.Gürsel bu il fevralın 20-də "Kocaelispor"a baş məşqçi təyin edilmişdi.