AZ

Millimizin hücumçusu 3 dəqiqəyə qəhrəman oldu - VİDEO

Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" öz meydanında "Ankaragücü" ilə qarşılaşıb.

Oyun Hatay klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qələbə qolunu Renat Dadaşov vurub.

87-ci dəqiqədə meydana daxil olan Dadaşov 3 dəqiqə sonra rəqib qapısına yol tapıb.

"Hatayspor" bu nəticədən sonra 37 xalla 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
sportinfo.az

1Mənbələr