AZ

Ermənistan Zəngəzurda yeni gömrük məntəqəsi tikir

Ermənistan hökuməti Sünik (Zəngəzur – red.) bölgəsində yeni gömrük və logistika mərkəzinin tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 10 milyon avro kredit alacaq.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, gömrük məntəqəsinin Sünikin (Zəngəzur -red.) Şəki kəndində 7,7 hektar ərazidə tikilməsinin nəzərdə tutulduğu bildirilir.

Hökumətin qərarına əsasən, Sünik vilayətində belə bir mərkəzin yaradılması prioritet məsələdir. Çünki bölgədə iki müvəqqəti saxlama anbarı olsa da, onların ərazi və tikinti şəraiti, eləcə də gömrük xidməti üçün lazımi texniki avadanlıqları yoxdur.

Yeni gömrük məntəqəsinin tikilməsinin rusların sərhəddən çıxarılmasından sonra gündəmə gəlməsi diqqət çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
5
axar.az

6Mənbələr