AZ

Səmərəli siyasi dialoq

Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi əlaqələri getdikcə genişlənir.Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə olacaq.Bu gün Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevinə əziz dostum deyə müraciət etdi . Prezidentimizin  uzaqgörən siya-  səti ,aparıcı Avropa dövlətlərinin rəhbərləri ilə apardığı səmərəli və peşəkar dialoqlar Azərbaycanın ən nüfuzlu dövlətlərindən birinə çevrilməsi üçün əvəzedilməz töhvədir.

Bildiyimiz kimi, bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir.Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında qeyd etdiyi kimi Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkədir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq.

Azərbaycan Avropa məkanı üçün ən önəmli və əlverişli tərəfdaşdır.Ölkəmiz həm neft-qaz təchizatçısı ,  həm də yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək.  Odur ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır.Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük. Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı keçirdiyi yüksək səiyyəli görüşlər, aparılan danışıqlar, fəal siyasi və iqtisadi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələr bundan sonra daha da genişlənsin və yeni uğurlu nəticələr əldə olunsun.                                 

Şəhla Hüseynova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
ikisahil.az

1Mənbələr