AZ

Mustafayevin komandasının oyunu hava hücumuna görə yarımçıq dayandırıldı

style='margin-bottom:10px;'>

Ukrayna Premyer Liqanda 28-ci turunun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Polesye”nin oyunu yarımçıq qalıb.

Səfərdə “Krivbass”la keçirilən matçın 37-ci dəqiqəsində oyun dayandırılıb. Buna səbəb Dnepropetrovsk vilayətində Rusiya qoşunlarının hava hücumu olub.

Qarşılaşmanın mayın 13-də keçiriləcəyi açıqlanıb. Oyun qaldığı yerdən davam etdiriləcək.

Emil Mustafayevin start heytdə yer aldığı görüş dayandırılarkən "Polesye" hesabda 1:0 öndə olub. 

Qeyd edək ki, vazırda "Polese" 43 xalla 6-cı yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
teleqraf.com

1Mənbələr