AZ

Bəs deyirdiniz, “ata oğula görə məsuliyyət daşımır”..?

...Moskvada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Memorial” hüquq müdafiə cəmiyyətinin əməkdaşı Konstantin Konoplyankonun atası Sergey Konoplyankonu həbs ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, “Memorial” xəbər verir ki, bazar günü axşam saatlarında saxlanılan şəxs adı açıqlanmayan “əməliyyat-axtarış tədbirləri” həyata keçirmək üçün Tverə aparılıb.

Bundan əvvəl, səhər saat doqquzdan Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sergey Konoplyankonun mənzilində olub və orada axtarış aparıblar.

Onlar hadisə yerinə gələn vəkilə istintaq hərəkətləri ilə məşğul olduqlarını bildiriblər və onu içəri buraxmayıblar.

Deyilənlərə görə, on iki saatdan artıqdır ki, saxlanılan şəxslə heç bir əlaqə yoxdur.

Federal Təhlükəsizlik Xidmətinin Konoplyankoya marağının konkret nədən ibarət olduğu məlum deyil.

Qeyd edək ki, onun oğlu xaricdədir.

2021-ci ildə Rusiya məhkəmələri “Beynəlxalq Memorial”ın və “Memorial” hüquq müdafiə mərkəzinin hüquqi şəxslərini ləğv edib.

Hakimiyyət bu təşkilatların əməkdaşlarını təqib edir.

Onun həmsədri Oleq Orlov fevralda koloniyada həbs edilib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119

1Mənbələr

Şərh ()
Bağla