AZ

Bu, “odla oynamaq” və “məhz Putinin istədiyi” olardı...

...Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasının rəhbəri Rolf Myutzenix alman parlamentarilərin NATO qüvvələrinin Ukrayna üzərində Rusiya hava hücumlarını dəf etmək təkliflərini məsuliyyətsiz və son dərəcə təhlükəli adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu şərhi “Tagesspiegel” qəzetinə verib.

...NATO-nun yerləşdirilməsi vasitəsilə Ukraynanın hava məkanını qorumaq istəyi müharibəyə fəal şəkildə müdaxilə etmək istəmədiyimiz prinsipindən imtina etmək deməkdir. Mən bu cür təklifləri məsuliyyətsiz və son dərəcə təhlükəli hesab edirəm.

Bunu Myutzenix bildirib.

Deputatın fikrincə, bu, “odla oynamaq” və “məhz Putinin istədiyi” olardı.

Qeyd edək ki, “Frankfurter Allgemeine Zeitung”un daha əvvəl yazdığına görə, bir neçə alman parlamentari Rusiyanın Ukrayna üzərindəki raketlərinə qarşı çıxmaq üçün NATO ölkələrindən Qərbin zenit sistemlərindən istifadə ideyasını dəstəkləyib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
sia.az

1Mənbələr