AZ

QHT sədri quşların çeşidliliyindən danışdı

“Milli Parkda quşların yaşayış biotopları yovşanlı – şoranlı, yovşanlı- efemerli, müxtəlif otlu – dənli– efemerli və digər bitki formasiyaları ilə örtülü olan yarımsəhralardan, sahəsi 3000 ha olan Böyük və Kiçikçala (Qızılqaz – Flaminqo) göllərin açıq su sahələrindən, qamış və qarğılıqlardan, açıq bataqlıq sahələrdən, Xəzər dənizinin sahil sularında sahilində ensiz zolaq şəkilində uzanmış laqunadan və nəmli qumsallıqlardan ibarətdir. Maraqlı çəhət odur ki, parkı ziyarət edən turistlər quşların il böyu, qışlama, köç, həm də yuvalama zamanı müşahidə edə bilirlər”.

Bu sözləri QHT.az– a açıqlama verən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov bildirib. QHT sədri qeyd edib ki, Azərbaycan Dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir ki, onlardan “Çəhrayı qutan, Ərsindimdik, Qızılqaz, Fısıldayan qu quşu Çöl qartalı, Sultan quşu və digər quşları qeyd etmək olar ki, bunların adları həm Azərbaycanın “Qırmızı Kitabı”na, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib: “İqlim dəyişikliləri ilə yanaşı dünyada baş verən və davam etməkdə olan müharibələr quşların təbii məkanlarından uzaqlaşmasına və getdikcə nəsillərinin kəsilməsnə səbəb olmaqdadır. Bu görə də ətraf mühit məsəllərinin qlobal səviyyədə həlli ilə yanaşı ayrı ayrı dövlətlər, vətəndaşlar bu işə töhvə verməlidirlər. Bu ilin payızında Bakıda reallaşacaq beynəlxaq COP-29 tədbiri dövlətimizin bu sahəyə verdiyi yeni töhvə olacaqdır”.

Rüstəm Məlikov həmçinin bildirib ki, regionda fəaliyyət göstərən ekoloji məramlı  qeyri- hökumət təşkilat olaraq indiyə kimi icra etdiyimiz 10- dan çox layihənin hamsında biomüxtəlifliyin qorunması istiqamətində maarifləndirici və praktik tədbirlər icra edilib: “Hazırada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl düşüncənin yerlərdə təviqi” layihəsinin icrası ilə məşğuluq. Yaşıl iqtisadiyyata keçid, bərpa olunan enerji istehsalının genişlənməsi sanıram ki, insanların yaşıl düşüncəsinin səviyyəsinən çox aslı olacaqdır”.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
qht.az

1Mənbələr