AZ

Köçəri Quşların Mühafizəsi: QHT sədri Rüstəm Məlikovun baxışı

“Qlobal iqlim dəyişiklikləri, davam edən üzünmüddətli müharibələr köçəri quşların yaşamına ciddi təsir etməkdədır. Ətraf mühitin qorunması, təbiətə dəyən ziyanın təsirinin azaldılması, biomüxtəlifliyin bərpası problemləri müasir dövrün sənaye inqilabları, iqlim dəyişiklikləri fonunda çox mühim əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə atdığı addımlar, vətəndaş cəmiyyətinin təşəbbüsləri planetimizdə beynəlxalq həmrəyliyin möhkəmlənməsinə, nəticə etibarı ilə ümumi evimiz olan ekologiyanın qorunmasına xidmət etməkdədir”.

Bu fikirləri QHT.az– a açıqlama verən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Ali Media mükafatı laureatı Rüstəm Məlikov bildirib. QHT sədri qeyd edib ki, təbiət təkcə insanlar üçün deyildir, başqa sözlə, insan, özü də təbiətin bir parçası olmaqla, bütovlükdə planetimizdə mövcud olan, biomüxtəlifliyimizi təmsil edən bütün varlıqları təmsil edir: “Bu mənada ətraf mühitdə hər bir canlının öz yeri və rolu vardır. Bu münasibətlərin pozulması ekoloji fəlakətlərə yol açır. Hazırda təbiətimiz yaz fəslini yaşamaqdadır, Bu mövsümün də özünə məxsus xüsusiyyətləri, çalarları vardır.Onlardan biri də beynəlxalq ekoloji ictimaiyyətin geniş qeyd etdiyi 10 may- Beynəlxalq Köçəri Quşlar günüdür. 2006-cı ildən qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti ondan ibarətdir ki, dövlət qurumları, qeyri-hökumət təşkilatları, həmçinin, vətəndaşlarımızın diqqəti biomüxtəlifliyin qorunmasına, o cümlədən köçəri quşların mühafizəsinə yönəldilsin”.

Rüstəm Məlikov həmçinin qeyd edib ki, zəngin faunaya malik olan Azərbaycanda köçəri quşların istirahəti, yemlənməsi və dayanacaq kimi istifadə etməsi üçün yaxşı şərait vardır. Bunlar əsasən su-bataqlıq quşlarıdır: “Onların qorunması üçün Ağgöl, Qızılağac, Abşeron və Şirvan Milli Parkları fəaliyyət göstərir. Ekoloji sahədə, özü də regionda fəaliyyət göstərdiyimizə görə tez-tez Şirvan Mili Parkında oluruq. Burada köçəri quşların zaman keçirməsi üçün yaxşı şərait vardır. Bu, parkda quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.  Parkın direktoru Seymur Kərimivdan aldığımız məlumata görə burada indiyə kimi 230 növ quş qeydə alınıb”.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
qht.az

1Mənbələr