AZ

Şestyorkin klub rekordu müəyyənləşdirdi

MHL-də konfrans yarımfinalları davam edir.

“Football-plus.az” xəbər verir ki, cütlərin birində, demək olar ki, qalib bəllidi. “Reyncers” “Karolina” ilə seriyanın 3-cü oyununda da qələbə qazandı. Nyu-York klubunun rusiyalı qolkiperi İqor Şestyorkin bu oyunda yeni rekord müəyyənləşdirdi. O, qapısına gələn 47 zərbədən 45-ni dəf etdi. 28 yaşlı rusiyalı klub tarixinə ardıcıl iki pley-off oyununda ən azı 45 seyv edən ilk qapıçı kimi düşdü. Xatırladaq ki, 4:3 bitən 2-ci oyunda İqor 54 zərbənin qarşısını almışdı.

Bu arada “Toronto” Şeldon Kifin baş məşqçi vəzifəsindən qovuldunu elan edib. Bu komanda 43 yaşlı mütəxəssisin rəhbərliyi altında pley-offun ilk mərhələsində “Boston”a uduzub. Kif 2019-cu ilin noyabrından bəri “Toronto”nun “sükanı arxasında” idi. Kanada klubu onun rəhbərliyi altında müntəzəm çempionatda 349 oyun keçirib. “Meypl Lifs”in bu dönəmdə ən yaxşı nəticəsi ötən il pley-offda 2-ci mərhələyə vəsiqə qazanmaq olub.

MHL komandalarından “Yuta” ilə bağlı da maraqlı xəbər var. Qurumun saytının yaydığı xəbərə görə, əvvəllər “Arizona” adlanan komandanın 2025/26 mövsümünə qədər adı, loqotipi və talismanı olmayacaq. Hazırda yeni adla bağlı azarkeşlər arasında səsvermə gedir. “Yuta” rəhbərliyi onların ixtiyarına 20 mümkün variant təqdim edib. Səsvermənin ilk mərhələsində azarkeşlər 4 ən yaxşı variantı seçəcək. Bir qədər sonra bununla bağlı yeni addımlar açıqlanacaq. Komanda 2024/25 mövsümündə üzərində “Yuta” yazılan forma ilə çıxış edəcək.

9 may
Florida – Boston 6:1 (0:1, 3:0, 3:0)
Seriyada hesab – 1:1.
Vankuver – Edmonton 5:4 (0:2, 2:2, 3:0)
Seriyada hesab – 1:0.
10 may
Karolina – Reyncers 2:3 ОТ (1:0, 0:1, 1:1, 0:1)
Seriyada hesab – 0:3.
Dallas – Kolorado 5:3 (1:0, 3:0, 1:3)
Seriyada hesab – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
football-plus.az

1Mənbələr