AZ

Almaniya Bundesliqası: “Bayer” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəltdi - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Almaniya Bundesliqasının 33-cü turunda “Boxum”la qarşılaşan “Bayer 04” bu dəfə də azarkeşlərini sevindirib.

Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi oyuna daha fəal başlayan qonaqlar görüşün taleyini elə ilk hissədəcə həll ediblər. 41-ci dəqiqədə Patrik Şik komandasını qələbəyə ruhlandırıb.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqəsində səhnəyə çıxan Bonifeys fərqi 2-yə yüksəldib - 2:0.

Fasilədən sonra hücumların kəsərini daha da artıran “Bayer 04” futbolçuları rəqibi 3-cü dəfə cəzalandırıblar. 76-cı dəqiqədə Amin Adli dəqiq oynayıb - 3:0.

Ardınca 86-cı dəqiqədə fərqlənən Stanişiç rəqibi yenidən mərkəzə dəvət edib - 4:0.

Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə səhnəyə çıxan Qrimaldo görüşdə son nöqtəni qoyub - 5:0.

Qeyd edək ki, bu görüşdə də qalib gələn “Bayer 04” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəldərək öz dünya rekordunu yeniləyib.

 

Seçilən
57
1

1Mənbələr

Şərh ()
Bağla