AZ

66 yaşlı Yusif Ağayev Səidə Sultanla elə rəqs etdi ki: “Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”

Moderator.az tanınmış radio və televiziya aparıcısı Yusif Ağayevin rəqs görüntülərini əldə edib. Maraqlısı burasındadır ki, 66 yaşı tamam olan Yusif Ağayev rəqsi ilə gənclərə meydan oxuyub. Saytımıza açıqlama verən məşhur rəqsini belə şərh edib.
 
“Mən peşəkar rəqqas deyiləm. Amma gənc və yeniyetmə yaşlarımdan bizim milli rəqsləri çox sevmişəm. Ondan da əlavə müasir rəqsləri. Daha sonralar isə qohum-qardaşın toyunda, məclisində rəqs edirdim. Bu özümə də xoş olurdu. Tam səmimi söyləyim ki, hər toy mərasimində belə rəqs etmirəm, etmərəm də. Yalnız özümü rahat hiss etdiyim toy məclislərində rəqs etmişəm. Sonuncu dəfə bu cür rəqsi 8 il əvvəl tanınmış jurnalist, çox hörmət bəslədiyim Əli Novruzəliyevin toyunda etmişəm.
 
Elə toy məclisləri olub ki, 8 dəqiqəlik gəlib oturub, xeyir-duamı verib çıxıb getmişəm. Heç rəqs də etməmişəm. Elə toy məclisləri də var ki, özümü orada rahat hiss edirəmsə sona qədər əyləşirəm, rəqs edirəm. Ətrafımda mənimlə birlikdə rəqs edən insanlar varsa mən məclisdə özümü rahat hiss edirəm, rəqs edirəm, deyib-gülüb əylənirəm. Bu görüntülər dünən Atv kanalının peşəkar əməkdaşı Elvin Eminlinin toy mərasimində lentə alınıb. Orada çox rahat idim. Kanalın əməkdaşları orada idi. Bir neçə saatlıq özümü çox xoşbəxt hiss etdim. Sizin vasitənizlə bir daha onları ürəkdən təbrik edirəm. Mən də insanam. Bəzən elə vaxt olur ki, əhval-ruhiyyəm yaxşı olmur, əsəbi oluram. Heç rəqs etməyə ovqatım olmur. Hamımızın həyatında baş verən xoşagələn və xoşagəlməyən anlar bizi əlbəttə ki, üzə, qıra bilər. Amma nə olursa-olsun büdrəsək belə ayağa qalxmağı bacarmalıyıq. Çünki başqa yolumuz yoxdur. Büdrədin, ayağa qalx və yenidən addımla! Həyat mübarizləri sevir” deyə aparıcı bildirib.
 
Yusif Ağayev bildirib ki, daim sağlam qidalanır.
 
“Sağlam qalmaqdan ötrü ilk növbədə qidalanma doğru olmalıdır. Vaxtaşırı idmanla məşğul olmaq lazımdır. Bunlar olmadığı təqdirsə yaşla bağlı olan xəstəlikləri öz orqanizminizə, vucudunuza toplaya bilərsiz. Bütün həkimlər, diyetoloqlar məsləhət görür ki, gün ərzində 2 litr təmiz su içmək lazımdır. Meyvə, tərəvəz, balıq, zeytun yağı, dənli bitkilər və s. ərzaqlar insanın qida rasionunda olmalıdır. Ət məhsullarından, ələxsus da kolbasa, sosiskadan uzaq olmaq lazımdır. Axşam saat 6-dan sonra yemək yemirəm. Ac olsam belə yüngül tərəvəz salatı yeyirəm. Bu da insanın orqanizminin sağlam qalmasına səbəb olur. Bu sağlamlıq insanın həm də ruh yüksəkliyinə təsir göstərir” deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
36
moderator.az

10Mənbələr