AZ

Super Liqada çempionluq həyəcanı: “Fənərbağça” doğma meydanda, “Qalatasaray” səfərdə qalib gəldi - VİDEO

Türkiyə Super Liqasının 36-cı turunda “Fənərbağça” “Kayserispor”la doğma meydanda, “Qalatasaray” isə “Fatih Karagümrük”lə səfərdə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, rəqibindən altı xal geridə olan “Fənərbağça” gözlənildiyi kimi görüşə sürətli hücumlarla başlayıb. 18-ci dəqiqədə Miçi Batşuayi hesabı açıb - 1:0.

Ardınca 43-cü dəqiqədə Aleksander Dyuk fərqi 2-yə yüksəldib - 2:0.

Fasilədən sonra da üstünlüyü davam etdirən “sarı lacivərtlər” rəqibi yenidən mərkəzə dəvət ediblər. 59-cu dəqiqədə Çağlar Söyüncü Şimanskinin ötürməsini qolla tamamlayıb - 3:0.

Görüş bu hesabla başa çatıb.

“Fatih Karagümrük” “Qalatasaray” görüşündə isə gözlənilənin əksinə hesabı meydan sahibləri açıblar. 34-cü dəqiqədə Ryan Mendes Eyserikin ötürməsini qola çevirib - 1:0.

Amma məğlubiyyətlə barışmayan “Qalatasaray” futbolçuları hesaba tarazlıq gətiriblər. Barış Alper Yılmaz ilk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqəsində bərabərlik qolunu vurub - 1:1.

70-ci dəqiqədə səhnəyə çıxan Dris Mertens qonaqları hesabda irəli çıxarıb - 2:1.

Bu hesab “Fatih Karagümrük”ü qane etmirdi. 83-cü dəqiqədə Markao hesaba tarazlıq gətirib - 2:2. 

Görüşdə son nöqtəni isə 90-cı dəqiqədə Berkan Kutlu qoyub - 3:2.

Qeyd edək ki, aktivində 99 xalı olan “Qalatasaray” liderliyini davam etdirir.

Ən yaxın izləyicisi “Fənərbağça” ondan altı xal geridə - 2-ci pillədə qərarlaşıb. “Kayserispor” 41 xalla 13-cüdür. “Fatih Karagümrük” isə 37 xalla autsayderdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
oxu.az

1Mənbələr