AZ

Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb

Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, yağan güclü yağış səbəbindən Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, güclü yağış nəticəsində Gəncə-Daşkəsən avtomobil yollunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
3
report.az

10Mənbələr