AZ

“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”

Naqif Həmzəyev: “Daxili Qoşunların və polisin müharibə, eləcə də post-müharibə dönəmindəki xidmətləri olduqca böyükdür”

 

“Bu gün işğaldan azad edilmiş ərazilərin minalardan, silah-sursatlardan təmizlənməsində, təhlükəsizliyin təmin olunmasında DİN-in Daxili Qoşunlarının rolu böyükdür”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Daxili Qoşunlar 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlara yadda qalıb:

 

“Yarandığı gündən bugünə qədərki vaxta nəzər salsaq görərik ki, DİN-nin Daxili Qoşunlar hər zaman ölkəmizdə ictimai sabitliyin, daxili təhlükəsizliyin təmin edilməsində yaxından iştirak edib, habelə, erməni işğalçılara qarşı mübarizədə böyük şücaətlər göstərib.

 

Daxili Qoşunlar Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də aktiv iştirak edib, vətənimizin yadelli işğalçılardan qorunmasına, torpaqlarımızın azad edilməsinə mühüm töhfələr verib. Müharibənin ilk günündən başlamış Şuşanın azad edilməsinə qədər Daxili Qoşunların hərbçiləri  işğaldakı torpaqlarımızın azad edilməsində digər qoşun növləri ilə birlikdə əsl fədakarlıq ortaya qoyub.

 

Daxili Qoşunlar yeganə qoşun növüdür ki, onlar eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıblar. 2020-ci ilin Vətən müharibəsində ön xətdə erməni faşizminə qarşı mübarizə aparan Daxili Qoşunlar, arxa cəbhədə həm də pandemiyaya qarşı mübarizə aparırmışdır.

 

Qürurvericidir ki, Daxili Qoşunlar və polis əməkdaşları bu gün də işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsində, bu ərazilərin minalardan, silah-sursatdan təmizlənməsində mühüm rol oynayır.

 

Əminəm ki, illər, əsrlər keçsə də, DİN-nin Daxili Qoşunlarının, həmçinin Azərbaycan polisinin bu fədakarlığı unudulmayacaq, xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
moderator.az

1Mənbələr