AZ

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sumqayıt, 12 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Muğam Mərkəzində "Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib. Layihənin budəfəki konserti Ulu Öndər Heydər Əliyevin 101 və Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, konsert layihənin rəhbərləri, Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artistlər - xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun iştirakı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı əsasında baş tutub.

İncəsənət ustaları möhtəşəm çıxışları ilə tamaşaçılara xoş ovqat yaradıblar.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov deyib: “Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müasir, müstəqil, qalib Azərbaycan bütün sahələrdə qazandığı uğurları ilə dünyanın diqqətindədir.

Vurğulanıb ki, “Gəncləşən muğam” layihəsi Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Tanınmış muğam ustalarının təqdim etdikləri ifalar alqışlarla qarşılanıb.

Seçilən
150
1
1

1Mənbələr

Şərh ()
Bağla