AZ

Tərlan Əhmədovun ŞOK açıqlamalarına RƏSMİ REAKSİYA!

"Bu gün sabiq məşqçimiz klubumuz adı ətrafında yenidən süni şəkildə ajiotaj yaratmağa çalışır".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in mətbuat katibi Azad Mustafayev bölgə klubunun sabiq baş məşqçisi Tərlan Əhmədovun iddialarına cavab olaraq deyib.

Xatırladaq ki, təcrübəli mütəxəssis "APA TV"yə açıqlamasında bildirib ki, təyinatından sonra "Kəpəz"in Müşahidə Şurasının sədri İlqar Nadiri ondan akademiya məşqçiləri ilə hesablaşmasını, klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev isə ona haqq verməsini tələb edib.

Qərb təmsilçisinin press ateşəsi Sportinfo.az-a bildirib ki, Əhmədovun bu cür açıqlamaları hazırda klubumuzda olan birliyin pozulmasına yönəlib:

"Biz artıq bu tipli açıqlamalara alışmışıq. Açığı, bizim üçün heç təəcüblü də deyil. Tərlan Əhmədov harada çalışıbsa xarakteri ona davamlı olaraq işləməyə çətinlik yaradıb.

"Kəpəz"ə kimi fəaliyyət göstərdiyi klublarda da məhz buna görə mövsümün sonunda onunla yollar ayrılıb.

Bu gün "Kəpəz"in hamı tərəfindən sevilən, qəbul olunan, ən əsası klubda parçalanma yaratmayan, dürüst məşqçisi var.

Nəticələri də göz qabağındadır. Hamımız onun ətrafında birləşmişik. Vaxtında Əhmədova da eyni dəstəyi vermişdik. Amma...".

XANOĞLAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108

1Mənbələr

Şərh ()
Bağla