AZ

Renduliç: "10 nəfərlə oynamaq asan deyil"

Misli Premyer Liqasının 34-cü turunda "Sabah" "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Krunosvla Renduliç oyunu şərh edib:

"Qəbələ"ni təbrik edirəm. Onlar bizdən yaxşı oynadılar, qalib gəldilər. Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, çox pis oynadıq, çox top itirdik.Meydançada oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, səhvlər çox etdik və belə alındı.İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
offsideplus.az

1Mənbələr