AZ

"4 ilə 350 dollar qazanmışam"

"4 ildən çoxdur mən şirkətlə işləyirəm. 350 dollar pul qazanmışam. 4 il ərzində bu qədər yığılmışdı. Heç nədən bu da yaxşıdır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" verilişində deyib. İfaçı yutub kanalından qazandığı puldan danışıb. 

Sevda daha sonra yutubda trend olan mahnılardan danışıb. O bildirib ki, trendə düşən ifaçıları tanımır:

"Trend göstərici deyil. Orada olan birinci mahnıların adını soruşsanız bilməyəcəyəm. Mənim üçün bunlar göstərici deyil. Baxırsan, 30, 40 milyon baxış var. Axı ona baxan, dinləyən yoxdur. Heç müğənninin özünü də tanımırıq". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
2
demokrat.az

2Mənbələr