AZ

“Səbail” legioneri ilə yeni müqavilə bağlayacaq

"Səbail" yeni mövsüm üçün daha bir legioneri komandada saxlamaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi yayda heyətinə qatdığı Aleksandre Ramalinqomu buraxmaq niyyətində deyil. 

Belə ki, paytaxt təmsilçisi madaqaskarlı futbolçunun müqavilə müddətini artıracaq. Klub yaxın günlərdə ona yeni müqavilə təklif edəcək. 
31 yaşlı hücumçunun özünün də "Səbail"də qalmaq istədiyi bildirilir. Təcrübəli hücumçu mövsümün əvvəlində bu klubla bir illik müqavilə imzalamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
bizim.media

1Mənbələr