AZ

Lahıc - Dəmirçi avtomobil yolu çöküb, asfalt örtüyü sıradan çıxıbVİDEO

İsmayıllıda yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Hətta yolda çökmələr də əmələ gəlib.

Xezerxeber.az-ın məlumatına görə, yolda çatlar əmələ gəlib, asfalt örtüyü sıradan çıxıb.

İki kəndi birlədirən yolun 7-8-ci kilometirlik hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən 40 metr məsafədə asfalt qatı sıradan çıxıb. Yolun bir hissəsi isə tamamilə dağılıb.

Torpaq kütləsinin axması yaxınlıqdakı agaclara da ziyan vurub.

Sürücülər bildirirlər ki, Lahıcdan Dəmirçiyə ən yaxın yol budur. Yolun tam sıradan çıxması isə elə ən çox onların işini çətinləşdirəcək.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Xusisi təyinatlı yol istismarı MMC-dən

"Xəzər Xəbər"ə bildirildi ki, problemdən xəbərdardırlar. Əraziyə baxış da keçirilib. Yolun dağılmış hisələrində lazımi tədbirlərin görülməsi istiqamətində işlərə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
19
xezerxeber.az

10Mənbələr