AZ

ABŞ-da min nəfərin olduğu şənlikdə ATIŞMA: Ölənlər və yaralananlar var

ABŞ-ın cənubundakı Alabama ştatında şənbə günü gecə atışma baş verib. 

Musavat.com xəbər verir ki, bu barədə Baldvin dairəsinin müstəntiqi Andre Reyd “WALA-TV”yə bildirib. 

Onun sözlərinə görə, atışmada 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb.

Məlumata görə, atışma baş verən zaman Stokton bölgəsindəki şənlikdə təxminən 1000 nəfər olub.

Müstəntiq bildirib ki, qurbanların əksəriyyəti gənclərdir.

O bildirib ki, atışmada hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyiblər.

Qeyd edək ki, Stoktonun təxminən 400 nəfər əhalisi var.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50

1Mənbələr

Şərh ()
Bağla