AZ

Diaz "Barselona" və PSJ ilə bağlı yayılan iddiala cavab verdi

Son həftələrdə söz-söhbətlər "Liverpul"un hücumçusu Luis Diazı "Barselona" və PSJ kimi klublarla əlaqələndirib.

90deqiqe.Az-ın məlumatına görə, kolumbiyalı futbolçu çıxış edərək "Liverpul"da oynamaqdan xoşbəxt olduğunu bildirib.

“Heç kimə sirr deyil ki, mövsümü gözlədiyimiz kimi başa vura bilmədik. Premyer Liqada və iştirak etdiyimiz digər yarışlarda qalib olmaq istəyirdik. Təəssüf ki, son vaxtlar nəticə əldə edə bilməmişik. Ancaq eyni zamanda, həm fərdi, həm də komanda olaraq layiqli mövsüm keçirdik. Təkmilləşdirilə bilən çox şey var. Burada olmaqdan xoşbəxtəm və məmnunam”, - Diaz Liverpulun mətbuat xidmətinə bildirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
90deqiqe.az

1Mənbələr