AZ

Gürcüstan parlamentinin binasında sarı təhlükəsizlik səviyyəsi elan olunub


Gürcüstan parlamenti sədrinin sərəncamına əsasən, may ayının 13-dən ləğv edilənədək Gürcüstan parlamentinin binasında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq və ziyarətçilərin girişi məhdudlaşdırılacaq.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlamentin iclaslarına akkreditə olunmuş televiziya yayımçılarından ancaq 2 nəfər daxil ola biləcək.
Bildirilir ki, bu tədbirin məqsədi Gürcüstan parlamentində təhlükəsiz və iş mühitini təmin etməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
yeniavaz.com

1Mənbələr