AZ

İsrail mediasından "Avroviziya" ilə bağlı qalmaqallı yazı

Xəbər verdiyimiz kimi, "Avroviziya 2024"ün qalibi İsveçrəni təmsil edən Nemo olub.
 
Finaldan sonra İsrail mediasının yayımladığı xəbər gündəm olub. Bu il müsabiqəyə İsrailin etirazları öz izlərini qoyub.
 
Final öncəsi və final zamanı çoxlu etirazlar və böhranlar yaşansa da, israilli müğənni Eden Qolanın mahnı oxuduğu dəqiqələrdə rekord qırıldığı iddia edilib. İsrail mətbuatında qalmaqallı xəbərlər yer alıb. Golan səhnəyə çıxdıqdan sonra baxış nisbətinin yüzdə 52,8-ə çatdığını iddia edən bir qəzet, "Reytinqləri bizim sayəmizdə gördünüz" yazıb. Məqalədə yayımçının müsabiqə yayımı üzrə orta reytinqinin 37,3 faiz olduğunu xatırladaraq, yarandığı gündən bəri ən yüksək “baxış nisbətinin” əldə edildiyini qeyd edib.
 
İsrailli müğənni Eden Qolan "Hurricane" mahnısı ilə səhnəyə çıxıb, həmin an Fələstin şüarları səslənib. O, əvvəlki məşqlərdə də oxşar reaksiyalarla qarşılaşıb. İsrail münsiflər heyətinin nəticələrini elan edərkən də etiraz səsləri yüksəlib.
 
Yəhudi qəzetlərindən digəri yazıb ki, Eden Qolanın "Avroviziya" finalında qırdığı təəccüblü rekord kimi bir şey indiyənə kimi yaşanmayıb.
 
Qəzetin digər iddiası isə “Əslində xalq bizi dəstəklədi” və “Xalqın səsi ilə beşinci olduq” başlıqlı yazı olub. Mərc saytlarının İsraili 'ikinci' olaraq göstərdiyini, lakin heç bir münsif üzvlərinin xal vermədiyini vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
moderator.az

2Mənbələr