AZ

Ruslar Ukraynaya məxsus “Miq-29” təyyarəsini vurublar...

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya ordusu bir gündə Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 Mi-24 helikopterini, həmçinin bir “MiQ-29” təyyarəsini və bir Mi-8 helikopterini məhv edib.

...Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplarının əməliyyat-taktiki aviasiya, raket qoşunları və artilleriyasıDnepropetrovsk vilayətinin Manvelovka qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus dörd Mi-24 və Mi-8 helikopterini məhv ediblər.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri 131 xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini və hərbi texnikasını darmadağın edib.

Bundan əlavə, Ukraynaya məxsus 36 PUA, səkkiz “Toçka-U” taktiki raketi, Fransa istehsalı olan “Hammer” idarəolunan bomba, eləcə də 23 “Vampir”, “Qrad” və “Alder” raketləri ələ keçirilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103

1Mənbələr

Şərh ()
Bağla