AZ

Fırıldaqçılar təqaüdçüyə 20 milyon rubl “atıblar”...

...Sankt-Peterburqda təqaüdçü mənzilini sataraq aldığı 20 milyon rublu fırıldaqçılara köçürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “78.ru” yazır.

Qeyd olunur ki, fırıldaqçılar özlərini Mərkəzi Bankın işçiləri kimi təqdim ediblər.

...Ona deyiblər ki, əmanətlərini təmin etməlidir. Bütün tövsiyələri dinlədikdən sonra təqaüdçü Sestroretskdəki mənzili tez bir zamanda satıb, əldə olunan gəliri və bütün əmanətləri naməlum hesablara köçürüb.

Bu məlumatda bildirilir.

Qeyd edək ki, bundan bir müddət əvvəl hüquqşünasLev Voropaev cinayətkarların avtomobil yollarında yeni dələduzluq üsulunu hazırladıqlarını bildirmişdi.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sia.az

1Mənbələr