AZ

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gəlib





Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

Newscenter.az xəbər verir ki, “Səmərqənd” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, senator Gulnora Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.
Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
50
newscenter.az

10Mənbələr