AZ

Qvardiola: “Trebldən sonra eniş gözləyirdim, amma bir zirvədəyik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, ötən mövsümün treblindən sonra “şəhərlilər”in eniş yaşayacağını gözlədiyini etiraf edib.

Arena.az “beIN Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz çox təzyiq altındayıq, başa düşürük ki, heç-heçə etsək və ya uduzsaq, hər şey bitəcək. Hər oyunda nə etməli olduğumuzu başa düşürük. Amma düzünü desəm, keçənilki trebldən sonra bu mövqedə olacağımızı gözləmirdim. Mən tənəzzül yaşayacağımızı düşünürdüm, amma bunun tam əksi oldu”, deyə Qvardiola bildirib.

Hazırda Xosep Qvardiolanın “Mançester Siti”si çempionatın sonuna iki tur qalmış İngiltərə Premyer Liqasının zirvəsində yer alıb. “Şəhərlilər”in 36 oyundan 85 xalı var. 83 xal toplamış “Arsenal” çempionluq mübarizəsində “Mançester Siti”ni daban-daban təqib edir.

Qarşıda “Mançester Siti”ni “Tottenhem”lə 34-cü turdan təxirə salınmış səfər oyunu və 38-ci tur çərçivəsində “Vest Hem”lə ev oyunu gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50

1Mənbələr

Şərh ()
Bağla