AZ

“Bakı Yelkən Reqatası 2024” mükafatlandırma mərasimi keçirilib — FOTOLAR

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Yelkən Reqatası 2024” keçirilib.

Bu il yarışlar "Optimist", "ILCA 4" və "ILCA 6" sinifləri üzrə SFA Yelkən Mərkəzində 10-12 may tarixində təşkil olunub.

12 may tarixində final yarışları keçirildikdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Bu il reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunub.  

ILCA 6 sinifi üzrə birinci yerin qalibi Murad Hacı-zadə, ikinci yer Nikoloz Tatarishvili, üçüncü yer Anton Vilayev olub.
ILCA 4 sinifi üzrə birinci yerin qalibi Fidan Ağazadə, ikinci yer Kristina Kərimova, üçüncü yer Alex Kituashvili (Gürcüstan) olub.
Optimist Junior sinifi üzrə birinci yerin qalibi Nurlan Ağazadə, ikinci yer Səma Mansurzadə, üçüncü yer Giorgi Grigolia (Gürcüstan) olub.
Optimist qızlar sinifi üzrə birinci yerin qalibi Nərgiz Məmmədova, ikinci yer Emel Məmmədli, üçüncü yer Nəzrin Məmmədova olub.
Optimist ümumi sinifi üzrə birinci yerin qalibi Nərgiz Məmmədova, ikinci yer Furkan Mustafayev, üçüncü yer Emel Məmmədli olub.

Xatırladaq ki, Reqata dördüncü dəfədir ki, təşkil olunur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
5

1Mənbələr

Şərh ()
Bağla