AZ

Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir

 

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis sabah Türkiyəyə gəlir. Prezident Ərdoğan Miçotakisi Ankarada qəbul edəcək.

Ednews trthaber-ə istinadən xəbər verir ki, səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin sabah Ankaraya səfəri zamanı iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə və insan əlaqələri kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi gündəmdə olacaq.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Miçotakis prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

Səfər zamanı iki ölkə liderlərinin qarşıya qoyduğu ümumi məqsəd çərçivəsində 6 milyard dollara yaxınlaşan ticarət həcminin 10 milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar dəyərləndiriləcək.

Xəyal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
ednews.net

1Mənbələr