AZ

Pansionatdakı təqaüdçülər kütləvi şəkildə zəhərlənib

...Leninqrad vilayətinin Repino kəndindəki“Zarya” sağlamlıq mərkəzində fövqəladə hadisə baş verib.

SİA xəbər verir ki, bu barədə Rospotrebnadzorun Sankt-Peterburq departamenti məlumat yayıb.

Qeyd olunur ki, mayın 9-10-da pansionatın qonaqları kəskin bağırsaq infeksiyasına yoluxublar.

Zəhərlənmə ilə əlaqədar onların tibbi yardıma ehtiyacı olub. Dəqiq neçə nəfərin zəhərləndiyi açıqlanmır. Faktla bağlı sanitar-epidemioloji araşdırma aparılır.

Xidmətin əməkdaşları tərəfindən dezinfeksiya tədbirləri həyata keçirilib, qida xammalı, qida və hazır məhsullardan nümunələr götürülüb, pansionat əməkdaşları eləcə də xəstələr müayinə olunub.

Hadisə ilə bağlı istintaqa Rospotrebnadzor nəzarət edir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sia.az

1Mənbələr