AZ

Fotosunu paylaşdı: Güllələr üzərinə yağdı

 Lyüks restoranda axşam yeməyinin fotolarını paylaşmasıyla güllənməsi arasında sadəcə bir neçə dəqiqə keçən model Lendi Paarraganın öldürülməsində şübhəli şəxslər axtarılır.
 “Sherg.az” Milliyet.com.tr”yə istinadən bildirir ki, 23 yaşlı L.Paarraga Ekvadorda gözəllik yarışmasının iştirakçısı olub. Dəvət edildiyi bir axşam yeməyi zamanı fotosunu çəkib instagramda paylaşan model bir neçə dəqiqə sonra elə həmin restoranda güllələnib. Fotosunu paylaşmaqla model qatillərinə özü də fərqində olmadan yerini xəbər verib. Üzü maskalı 2 nəfər restorana gəlib, biri qapıda dayanıb, digəri içəri keçərək gözəl modelin əyləşdiyi masaya yaxınlaşaraq tapançanı çıxarıb və qadına güllə yağdırmağa başlayıb. Modelin masasında əyləşən başqa bir adamı da güllələyiblər. Model yerə yıxılıb, amma qatil güllələri boşaltmaqda davam edib. Model yerdə qıvrılırkən qatil və onunla birlikdə restorana gələn şəxs məkanı sakitcə tərk ediblər. Polis axtarışlara başlayıb.
23 yaşlı modelin lyüks həyatının arxasında qaranlıq məqamlar olduğu üzə çıxıb. Onun 2022-ci ildə vəfat etmiş narkobaron, narkotik maddə qaçaqmalçısı Leandro Norero ilə əlaqələrinin olması bildirilir. Deyilənə görə, modelə lyüks villa, avtomobil,  qızıl-zinət əşyalarını, külli miqdarda xərcliyi məhz narkobaron verirdi. Model hətta mütəşəkkil cinayətlərdə iştirakda da şübhəli bilinib. Bank hesabları prokurorluq tərəfindən araşdırılıb. İngiltərə mediasının yazdığına görə, əvvəllər həbs edilmiş narkobaron öz vəkilinə “həyat yoldaşım model qadınla bağlı heç nə bilməməlidir. Bilsə, məhv olaram, dünya başıma yıxılar”, söyləyib. Belə mülahizə də var ki, gənc modeli öldürtdürən narkobaronun həyat yoldaşı da ola bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
sherg.az

1Mənbələr