AZ

Elcan Hacıyev və Vüqar Talıbov da Astanadan “bürünc”lə qayıdırlar

Azərbaycan cüdoçuları Elcan Hacıyev və Vüqar Talıbov Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində 3-cü yeri tutublar.

Arena.az xəbər verir ki, 3 gün davam edən turnirə bu gün yekun vurulub.

Yarışın son günündə Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizə aparıb. Onlardan yalnız ikisi çıxışını bürünc medalla başa vurmağı bacarıb.

90 kq çəkidə yarışan Avropa çempionu Elcan Hacıyev turnirə qələbə ilə start verib. İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Yermaxan Anurbekova qalib gəlib. Növbəti görüşdə israilli Li Koçmana qalib gələn Elcan yarımfinala yüksəlib. O, Yahor Voropayevlə (AİN) qarşılaşmada məğlub olub. Hacıyev bürünc medal üçün Eldar Allahverdiyevə (AİN) qalib gəlib.

90 kq çəki dərəcəsindəki digər təmsilçimiz də eyni uğuru təkrar edib. Vüqar Talıbov Muxammedali Mavlidov (Qazaxıstan), Kristofer Kaljulaid (Estoniya) və Eldar Allahverdiyevi (neytral idmançı) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda Almaniya təmsilçisi Edurar Trippellə uduzub. Talıbov bürünc uğrunda serbiyalı Nemanya Majdova qalib gəlib.

100 kq-da mübarizə aparan Uşanqi Kokauri və Camal Qamzatxanov ilk görüşdə uduzaraq, mübarizəni dayandırıblar. Uşanqi yerli Madi Yedilbayevə, Camal isə Davit Kevlişviliyə (İspaniya) məğlub olub.

Beləliklə, Azərbaycan millisi Astanadakı “Böyük Dəbilqə” turnirini 3 bürünc mükafatla başa vurub. Yarışın ilk günündə Kamran Süleymanov (66 kq) da bürünc medal qazanmışdı.

Xatırladaq ki, Azərbaycan milli komandası Astanadakı yarışa bütövlükdə 15 cüdoçu ilə yollanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
3
arena.az

4Mənbələr