AZ

Gözdən əlillər şikayətlənirlər

Onlar şəhərlərdə həyatlarını asanlaşdırmaq üçün tədbirlərin görülməsini istəyirlər

"Aidiyyətli qurumlar bu skuterlərə bir çözüm tapmalıdır"
 
 Türkiyə Korlar Federasiyası başqanı Mehmet Emin Demirci  qarşılaşdıqları problemlərdən danışıb. “Əngəllilər Həftəsi”ndə AA müxbirinə verdiyi açıqlamada M.Demirçi deyib ki, görmə əngəllilər şəhər həyatında bir çox çətinliklə qarşılaşır.
“Sherg.az” “aa.com.tr”yə istinadən bildirir ki, M.E.Demirçinin son zamanlar daha tez-tez qarşılaşdığı problem harda gəldi park edilən skuterlərdir. M.Demirçi deyib ki, skuterlər nəinki görmə əngəllilərə, digər vətəndaşlara da rahat hərəkət etməkdə mane olur, hətta qəzalara da səbəb olurlar: “Aidiyyətli qurumlar bu skuterlərə bir çözüm tapmalıdır. Skuterlər üçün xüsusi parklanma yerləri olmalı və onları harda gəldi saxlamaq qadağan edilməlidir. Skuterləri səkilərdə buraxıb gedirlər, yaşlı insanlar, hamilə qadınlar, bizim kimi görmə əngəlliləri heç düşünmürlər. Birinin ayağı ilişər, yıxılar, xəsarət alar, düşünən yoxdur. Lütfən, bu skuterləri insanların gedib-gəldiyi yoldan kənar bir yerdə saxlasınlar”.   M.E.Demirçi görmə əngəllilər üçün nəzərdə tutulan sarı zolaqların da düzgün çəkilmədiyini bildirib: “Səkilərin kənarına baryerlər qoyurlar ki, avtomobillər səkiyə çıxarılmasın. Amma biz onları görmürük. Bu baryerlərə çarpırıq. Sarı zolaqlar da bir ayrı problemdir. Küçənin başından çəkilən zolaq sonda ya bir dirəkdə, ya da bir ağacda bitir. Sarı zolaqla gedirsən, başın ya dirəyə dəyir, ya ağaca. Səkilərdəki lövhələr, oturacaqlar, müxtəlif əşyalar da bizim hərəkət imkanlarımızı azaldır. Qarşımıza bir əngəl çıxır, bilmirik, irəlidə inşaat meydançasımı var, təmir işlərimi gedir, yolumuzu çaşdırırıq. Hər hansı bir iş görülürsə də, görmə əngəllilər də nəzərə alınmalıdır ki, buradan keçə bilərlər. M.E.Demirçi əngəlli insanların bir dərdinin də “mən öldükdən sonra övladım, ailəm necə dolanacaq, nə yeyib, nə içəcək”, olduğunu deyərək, hökumətdən bu məsələlərə diqqət ayırmalarını xahiş edib. M.E.Demirçi avtobus dayanacaqlarında səsli siqnalların olmasından da danışıb: “Avtobus dayanacaqlarında səsli siqnallar olmalıdır. Biz hansı avtobusun gəldiyini bilmirik, görmürük. Bunu bizə xəbər verəcək səsli siqnallar işləmir”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115

1Mənbələr

Şərh ()
Bağla