AZ

Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, "Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

Seçilən
93
4
1

1Mənbələr

Şərh ()
Bağla