AZ

Fermanı təmir etdirən ər-arvad xəzinə tapdı

İngiltərənin Vest Dorset şəhərində öz fermalarını təmir edən Fuks ailəsi təsadüfən 17-ci əsrə aid sikkələrdən ibarət xəzinə tapıb.

“Cebhe.info” bu barədə “Popular Mecanics”-ə istinadən yazır. 

Kolleksiya bu yaxınlarda “Duke's Auction House”-da 75 min dollara satılıb.

Təxminən beş il əvvəl sikkələri tapan cütlük tavanın hündürlüyünü artırmaq istəyərkən xəzinəni görüb.

Robert Fuks bildirib ki, sikkələr İngiltərədə birinci vətəndaş müharibəsi dövrünə aid olub.

Xəzinədə  I Yakov və I Çarlzın qızıl sikkələri, həmçinin I Yelizaveta, Filip və Mariyanın dövrlərinə aid gümüş taclar, şillinqlər və  penslər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
986
cebheinfo.az

1Mənbələr