AZ

Klopp ÇL-in finalında “Borussiya”ya azarkeşlik edəcək

“Liverpul”un baş məşqçisi Yurgen Klopp 2023/2024 mövsümü Çempionlar Liqasının finalına yüksəlmiş Dortmund “Borussiya”sı haqda danışıb.

Arena.az xatırladır ki, alman mütəxəssis əvvəllər məhz “Borussiya”nı çalışdırıb.

“Dortmund üçün çox şadam. Mən onlara azarkeşlik edəcəyəm. Mütəxəssis olaraq çıxış edim? Yox, siz dəli olmusunuz? Çox şadam ki, “Borussiya”da hələ də mənimlə işləmiş insanlar var. Çempionlar Liqasının finalı böyük nailiyyətdir. Yaxşı hekayədir”, deyə alman mütəxəssis bildirib.

Dortmund “Borussiya”sı Çempionlar Liqasının finalında İspaniya nəhəngi “Real” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
arena.az

1Mənbələr