AZ

Ten Haq istefa tələb edən azarkeşlər haqda danışıb

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq istefasını istəyən azarkeşlər haqda danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə mütəxəssis "The Sun"a açıqlama verib:

“Düşünürəm ki, azarkeşlərin səbri var – siz bunu bazar ertəsi gördünüz – amma sonra bəzi şərhlər görürəm ki, azarkeşlərin səbri tükənib.

Onların futbol haqqında heç bir məlumatı yoxdur, futbol komandasını idarə etmək haqqında məlumatı yoxdur, ya da sadəcə buna hazır deyillər. Amma düşünürəm ki, problemləri görən və səbirli olan bir çox insan da var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
3

1Mənbələr

Şərh ()
Bağla