AZ

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar

Gürcüstanda tələbələr tətilə başlayacaqlar.

"Report" un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin tələbələri birgə açıqlama ilə çıxış edərək bildiriblər.

Onlar bildiriblər ki, hökumətin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul etmək niyyətinə cavab olaraq, bazar ertəsindən etibarən auditoriyalara daxil olmaqdan imtina edəcəklər və Gürcüstanda etiraz aksiyası keçirəcəklər.

Tələbələr müəllimlərini və digər universitetlərdən olan həmkarlarını da tətilə qoşulmağa çağırırlar.

Onlara artıq Şota Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələri, Qriqol Robakidze Universiteti (GRU), Qafqaz Universitetinin tələbə hərəkatı, GIPA Universiteti Tələbə Hərəkatı da qoşulub.

Eyni zamanda İliya Universitetinin professor və müəllimləri onlara qoşulacaqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
17

1Mənbələr

Şərh ()
Bağla