AZ

Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı

Demoqrafik böhrana toxunan Papa Fransisk, "Evlər əşyalarla dolub uşaqları boşaldıb, çox kədərli yerlərə çevriliblər. Kiçik it və pişik qıtlığı yoxdur. Bunlar əskik deyil. Lakin Uşaq çatışmazlığı var" - deyə bildirib.

Ednews euronews-a istinadən xəbər verir ki, Fransisk hökumətləri doğum nisbətlərinin azalması və əhalinin qocalması problemlərinə qarşı mübarizə aparmaq üçün ailələrin xeyrinə “ciddi və effektiv” siyasət həyata keçirməyə çağırıb.

Avropanın yavaş-yavaş "köhnə, yorğun və istefa vermiş" bir qitəyə çevrildiyini bildirən Papa, "Təcili olaraq təsirli siyasətlərə və cəsarətli, konkret və uzunmüddətli seçimlərə ehtiyac var. Bütün hökumətlər gənc kadrların yerləşdirilməsi üçün daha çox öhdəliklər götürməlidirlər" dedi.

Artan demoqrafik böhranla bağlı konfransda çıxış edən Papa Fransisk qeyd edib ki, doğulanların sayı “bir xalqın ümidinin” ilk göstəricisidir.

 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
12
ednews.net

10Mənbələr