AZ

“Srvena Zvezda”nın futbolçusu millimizə çağırıldı – SİYAHI

Azərbaycan U-17 millisi mayın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində 2 beynalxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Yığma mayın 18-də və 21-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Hər iki görüş saat 17:00-da Bakı Olimpiya Stadionunun əsas meydançasında təşkil olunacaq.

U-17-nin təlim-məşq toplanışı üçün heyəti isə belədir: 

Elşən Nəsirov, Əli Əliyev, Əli Qazibəyov, Əli İbrahim (hamısı “Qarabağ”), Mehdi Həsənov, Emir Fətiyev, Kamil Məmmədov, Elşən Atakişiyev (Hamısı “Neftçi”), İlkin Qocayev, Emil Həsənov (ikisi də “Sumqayıt”), Murad Qurbanov (“Zirə”), Tuncay Əhmədov, Sahil Əsgərli, Nadir Nəsibli, Ariz Kərimov, Sinan Mehdizadə, Mohhammed Çodarov, Tunar Rzayev (hamısı “Marset”, İspaniya), Tunar Muradov (“Turan Tovuz”), Nihad İsaqov (“Kəpəz”), Tunar Hüseynov (EFA), İslam Həsənov (“Srvena Zvezda”, Serbiya).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
idmanxeber.az

1Mənbələr