AZ

Kadi Borges “Qarabağ”a qayıdır?

Uzun müddətdir ki, “Krasnodar”ın futbolçusu Kadi Borgesin Azərbaycana qayıdacağı iddia edilir. Belə ki, Rusiya klubunda çox da oynamaq şansı tapmayan yarımmüdafiəçinin “Qarabağ”a dönəcəyi ehtimal olunurdu.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi ümumiyyətlə Kadini geri qaytarmaq barədə düşünmür. Buna səbəb isə, maliyyə baxımından Kadini geri qaytarmaq böyük maliyyə tələb etməsidir. Ona görə də, Kadi Borgesi geri qaytarmaq Azərbaycan çempionunun planlarına daxil deyil.

28 yaşlı vinger 2023-cü il yanvarın 14-də “Qarabağ”dan “Krasnodar”a keçmişdi. Borges 2021-2022-ci illərdə Ağdam klubunun formasını geyinib. Bundan savayı isə Kadi “Koritiba”, “Londrina”, “Eştoril”, “Vilafrankese” komandalarında çıxış etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
apasport.az

10Mənbələr