AZ

"Barselona" və "Yuventus" ispaniyalı üçün mübarizə aparır

"Real Sosyedad"ın futbolçusu Martin Subimendini transfer etmək üçün bir çox komandalar mübarizəyə qoşulub.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Barselona" Martini heyətinə qatmaq üçün "Yuventus"la rəqabət aparacaq.

Subimendinin "Real Sosyedad"la 2027-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.

İspaniya klubu yarımmüdafiiəçisi üçün 60 milyon avro tələb edir. 25 yaşlı futbolçu bu mövsüm 31 oyun keçirib, 4 qol vurub və 1 asist edib. 

Onun ölkə xaricinə çıxmaq niyyətində olduğu və bunun üçün "Yuventus"a keçəcəyi daha yüksək qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103

1Mənbələr

Şərh ()
Bağla