AZ

Bodibildinq və fitnes üzrə "INBA EUROPEAN CUP" beynəlxalq turnir keçirilib -FOTO

11 may 2024-cü il tarixdə Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin və Şəhid Ailələrinə Yardim və Hüquqlarınin Müdafiəsi Mərkəzinin dəstəyi və INBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə Opera Studiyada natural bodibildinq və fitnes üzrə "INBA EUROPEAN CUP" beynəlxalq turnir keçirilib.
Sherg.az xəbər verir ki, təbdirdən öncə Vətən Müharibəsi Şəhidlərinin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra yarış bədii hissə ilə davam edib. Əvvəlcə xalq ulduzu teleyarışmasının qalibi müğənni Anar Nəbiyev və "Led Band" qrupu çıxış ediblər.
Azərbaycan Qan Donorlarının İnkişafı Mərkəzinin sədri Fuad Rəsulov və INBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şıxəliyev çıxış edərək yarışın mahiyyəti haqqında məlumat veriblər və yarış açıq elan olunub.

Əvvəlcə "kids fitness" üzrə üç yaş kateqoriyasında mübarizəyə start verilib. 
Birinci yaş kateqoriyasında Arximed Təlim-Tədris Mərkəzin təmsilçisi Ayla Əhmədli 1-ci yerə, Yaquar İdman Klubunun atleti Ayan Məmmədova 2-ci yerə və Fit Lady İdman Klubunun atleti Banu Əliyeva 3-cü yerə layıq görülüblər. 

İkinci yaş kateqoriyasında Arximed Təlim - Tədris Mərkəzinin atıeti Zeynəb Babayeva 1-ci yerə, Yaquar İdman Klubunun atleti Leyla Quliyeva 2-ci, Yaquar İdman Klubunun digər təmsilçisi Nilgün Babazadə 3-ci yerə sahib olublar. 

Üçüncü yaş qrupunda isə Fit Lady İdman Klubunun atleti Rəna Əliyeva 1-ci yerə, Yaquar İdman Klubunun atleti Nilufər Haqverdili 2-ci yerə və Fit Lady İdman Klubunun digər atleti Aylin Bayramova isə 3-cü yərə layıq görülüb. 

Fiziki məhdudiyyətli atletlərin "Physically challenged" kateqoriyasında "Volf Fitness" klubun atleti Təbriz Məmmədov 1-ci, Paralimpiya Klubunun atleti Orxan İmanov 2-ci, Paralimiya Klubunun digər atleti Əli Abdullayev 3-cü yerə layıq görülüblər. 

"Mens Physique" kateqoriyasında 17 yaşa qədər yeniyetmələrin mübarizəsində "Herakl Fitness" Mərkəzin atleti Hüseyin Vəliyev qızıl, "Leon Fitness" Mərkəzinin atleti Elman Mikayılov gümüş və "F Fitness" Mərkəzinin atleti Mehdi Xanməmmədov bütrünc medala layıq görülüblər. 

Eyni adlı kateqoriyada gənclərin mübarizəsində Mərdəkan İdman Klubunun atleti Fuad Əhmədzadə 1-ci, "Hard Gym" Mərkəzinin atleti Sərxan İsmayılzadə 2-ci, Turan İdman Klubunun atleti Sübhan Hüseynov isə 3-cü yerə layiq görülüblər. 

Boyu 175 sm qədər olan atletlərin mübarizəsində İranlı atlet Ahmad Baxtiyarı gızıl, digər iki İran təmsilçisi Hadi Xaqani gümüş və Əkbər Moğan bürünc medala sahib olublar. 

"Mens Physique" kateqoriyasında boyu 175 sm-dən yuxarı olan atletlərin mübarizəsində İran təmsilçisi Milad Zamiri 1-ci, Siyəzən Fitnes təmsilçisi Ehram Həmidov 2-ci, "Oxigen Fitnes" Mərkəzinin təmsilçisi Aleksandr Farmanov 3-cü yerə layıq görülüblər. 
"Men's Physique" kateqoriyasının mütləq qalibi adına İranlı atlet Ahmad Baxtiyari layıq görülüb. 

"Men's Sport Model" kateqoriyasında 23 yaşa qədər gənclərin mübarizəsində Mehdi Mehdizadə gızıl, "Hard Gym" təmsilçisi Sərxan İsmayılzdə gümüş və "CH Fitness" Mərkəzinin atleti Fərid Mustafayev bürünc medala sahib olublar. 

"Men's Sport Model" model kateqoriyada böyüklərin mübarizəsində "Reform Fitness" Mərkəzinin atleti Elvir Əsgərov 1-ci, "Roma Fitness" Mərkəzinin atleti 2-ci, İran təmsilçisi Hadi Xaqani 3-cü olub. 
Elvir Əsgərov həmçinin "Men's Sport Model" kateqoriyasının mütləq qalibi olub. 

"Men's Athletic" kateqoriyasında gənclərin mübarizəsində Turan İdman Klubunun təmsilçisi Sübhan Hüseynov 1-ci, "Hard Gym" təmsilçisi Sərxan İsmayılzadə 2-ci və "Roma Fitness" Mərkəzinin atleti Ümid Qurbanov 3-cü olub. 

"Men's Athletic" kateqoriyasında böyüklərin mübarizəndə İran atleti Mahmud Piltan 1-ci yerə, digər İranlı atlet Hadi Xaqani 2-ci yerə, Əkbər Moğan 3-cü yerə layıq görülüblər. 
Həmçinin İran təmsilçisi Mahmud Piltan sözü gedən kateqoriyanın mütləq qalibi olub. 
23 yaşa qədər "Classic Physique"  kateqoriyasında Turan İdman Klubunun atleti Sübhan Hüseynov 1-ci, "Herakl Gym" təmsilçisi Hüseyn Vəliyev 2-ci, "CH Fitness" təmsilçisi Fərid Mustafayev 3-cü olub. 

"Classic Physique" kateqoriyasında böyüklərin mübarizəsində Atom İdman Klubunun təmsilçisi Qalib Mirzəyev 1-ci yerə, İran təmsilçisi Mahmud Piltan 2-ci yerə və digər İran təmsilçisi Hadi Xəqani 3-cü olub. 
Sözü gedən kateqoriyada Atom İdman Klubunun atleti Qalib Mirzəyev mütləq çempion adına layıq görülüb. 

"Men's Bodybuilding" kateqoriyasında İran təmsilçisi Hüseyn Təhmasibi 1-ci, Atom İdman Klubunun atleti Qalib Mirzəyev 2-ci, Siyəzən Fitnes Mərkəzinin atleti Xudadar Həmidov 3-cü olub. 

"Women's Sport Model" kateqoriyasında xanımların mübarizəsində "Reform Fitness" Mərkəzinin atleti Ləman Həsənova 1-ci və İran təmsilçisi Zeynəb Cəfəri 2-ci yerə layıq görülüblər. 

"Mixed Pairs" kateqoriyasında Qalib Mirzəyev və Ləman Həsənova cütlüyü qızıl, İran təmsilçiləri Əkbər Moğan və Zeynəb Cəfəri cütlüyü gümüş medala sahib olublar. 
Fərqlənən idmançılara INBA Qlobal Azərbaycan birliyi tərəfindən diplom, medal, kubok, dəyərli hədiyyələr və "Men's Physique" kateqoriyasının mütləq qalibinə pul mükafatı və Pro kart təqdim olunub. 
Bütün atletləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134

1Mənbələr

Şərh ()
Bağla